EN

“Ferentsvaroş” “Liverpul”un sabiq oyunçusu ilə gücləndi

“Liverpul”un sabiq futbolçusu Nabi Keyta karyerasını “Ferentsvaroş”da davam etdirəcək. Msport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Verder”dən icarə əsasında Macarıstan klubuna keçib.

Müqavilə bir illikdir və müddət başa çatdıqda Budapeşt klubu Keytanın transfer hüquqlarını ala bilər.

Qeyd edək ki, Qvineya millisinin üzvü bu mövsüm “Verder”in heyətində bir oyunda belə meydana çıxmayıb. Onun Almaniya təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

 

 

Chosen
8
msport.az

1Sources