2 gün öncə Vaşinqtonda Ermənistan və ABŞ arasında imzalanan xartiyanın detalları ilə tanış olduqda, sənədin əsas məqsədlərindən birinin ABŞ-ın İran sərhəddinə daha yaxın mövqelər əldə etməsi olduğu açıq şəkildə görünür. Bu müqavilə, Cənubi Qafqaz regionunda ABŞ-ın geosiyasi təsirini artırmağa yönəlmiş strateji addımların bir hissəsi kimi qiymətləndirilə bilər.
Eyni zamanda, Gürcüstanda “xarici agentlər” haqqında qanunun qəbulundan sonra fəaliyyəti məhdudlaşdırılan Qərb fondları və qeyri-hökumət təşkilatları üçün Ermənistan yeni fəaliyyət mərkəzi olaraq nəzərdə tutulur. Sənəddə bu məqsədə xidmət edən bir neçə maddə öz əksini tapıb. Bunlar, müxtəlif sahələrdə əməkdaşlıq adı altında ABŞ-ın regiondakı kəşfiyyat şəbəkəsini qorumaq və möhkəmləndirmək niyyətini göstərir.
Belə görünür ki, Ermənistan, Qərb ölkələrinin Cənubi Qafqazdakı strateji maraqlarını təmin etmək üçün yeni bir vadi rolunu oynamağa hazırdır.
Aqil Məmmədov, ekspert