Rusiyalı boksçular Artur Beterbiyev və Dmitri Bivol yüngül çəkidə mütləq dünya çempionu adı uğrunda revanş görüşünün keçiriləcəyini elan ediblər.
Offsideplus.az xəbər verir ki, Onlar bu barədə Londonda keçirdikləri mətbuat konfransında məlumat veriblər: "Fevralın 22-də Ər-Riyadda yüngül çəkidə mütləq dünya çempionu adı uğrunda revanş görüşü keçiriləcək".
Yüngül çəkidə mütləq dünya çempionu adı uğrunda ilk döyüş oktyabrın 12-də Ər-Riyadda baş tutub və Artur Beterbievin qələbəsi ilə başa çatıb.