EN

Agentlik kollecdəki rüşvət iddialarına CAVAB VERDİ

Bir sıra media qurumlarında Quba Dövlət Sosial-İqtisadi Kollecində tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verildiyi, kollecdə qış semestr imtahanları başladıqdan sonra rüşvət yığılması ilə bağlı iddialar yayılıb.

Modern.az iddalarla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində olan Quba Dövlət Sosial-İqtisadi Kolleci haqqında bəzi media orqanlarında yayılan məlumatların araşdırılması nəticəsində bu xəbərlərin həqiqəti əks etdirmədiyi və qərəzli xarakter daşıdığı müəyyən edilib:

“Məsələ ilə bağlı kollecin rəhbərliyi tərəfindən müvafiq hüquqi addımlar atılıb və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Chosen
7
3
demokrat.az

4Sources