EN

Özbəkistan və BƏƏ arasında bir sıra müqavilələr imzalanıb

Bakı,TurkicWorld

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində tədbirlər başa çatıb.

TurkicWorld xəbər verir ki, Özbəkistan lideri Əmirliyin paytaxtı Əbu-Dabidə BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, ölkənin aparıcı dövlət təşkilatlarının, şirkətlərinin və banklarının rəhbərləri ilə görüşlər keçirmişdir.

Danışıqların sonunda ikitərəfli sənədlər toplusu, o cümlədən strateji tərəfdaşlığın yaradılmasına dair bəyannamə qəbul edilib.

Mirziyoyev, “Əbu-Dabi Davamlı İnkişaf Həftəsi” beynəlxalq sammitinin açılış mərasimində və davamlı inkişaf sahəsində Şeyx Zayed adına mükafatın təqdimetmə mərasimində iştirak edib, plenar iclasda bir sıra mühüm təşəbbüslər irəli sürüb.

Həmçinin, Dubayda Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum ilə danışıqlar aparılıb.

Chosen
7
turkic.world

1Sources