EN

Livan silahlı qüvvələrini yerləşdirməyəhazırdır

Livan hakimiyyəti İsraillə şiə Hizbullah hərəkatı arasında hərbi əməliyyatların dayandırılacağı təqdirdə ölkənin cənubunda milli silahlı qüvvələrin əlavə hissələrini yerləşdirməyə hazırdır. 

Redaktor.az xəbər verir ki, bunu “Frans Press” agentliyinə Livanın baş naziri Nəcib Mikati deyib.

“Hazırda ölkənin cənubunda 4,5 min əsgər var və biz onların sayını 7-11 minə çatdırmaq istəyirik. İrəliləmələr və geri çəkilmələr oldu, İsrail ordusu Livan ərazisinə girib-çıxdı”, - o bildirib. 

Sentyabrın 23-də İsrail Livanda şiə Hizbullah hərəkatının birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı təşkilatın hərbi hədəflərinə kütləvi zərbələr endirir. Bildirilən məqsəd yəhudi dövlətinin şimal sərhəd bölgələrində təhlükəsiz şərait yaratmaqdır ki, on minlərlə sakin oraya qayıda bilsin. 

Bənövşə HƏSƏNOVA

Chosen
5
redaktor.az

1Sources