Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova ötən gün dünyasını dəyişib.
Millitv.net Axşam.az-a istinadən xəbər verir ki, şair Nazilə Səfərli onunla son yazışmasını paylaşıb.
Nazilə paylaşımına “Səs yazısı 2021-ci ilə aiddir.Heç vaxt dərdini danışmayan qadın. Azərbaycanlılara xas olmayan xarakter. Biz onu Larisa (“Vicdan haqqı” serialındakı obrazı – red.) kimi sevdik. Çoxdandır əlaqəm yox idi. Pislik etməzdi. Dürüst idi. Öz aləmində xoşbəxt görünürdü, amma gör ki, necə böyük dərdi var imiş. Xahiş edirəm, ölü dalınca danışmayaq. Bacarsanız rəhmət diləyin, bacarmasanız heç nə yazmayın. Ölüm haqqdır. Doğum günü mübarək olmayan qadın…” sözlərini yazıb.
Qeyd edək ki, Çimnazın ötən gün ad günü olub. 43 yaşlı aktrisa uzun müddətdir bağırsaq xərçəngindən əziyyət çəkirmiş.