EN

Tramp işğal etməklə hədələmişdi: bu ölkə ABŞ ilə müharibəyə başlayır

Kanada ABŞ-ın mümkün ticarət məhdudiyyətlərinə cavab olaraq iqtisadi müharibəyə başlayacaq. Ölkə 105 milyard dollar dəyərində Amerika mallarına tariflər tətbiq etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bu, yeni seçilmiş prezident Donald Trampın Kanada mallarına qarşı görə biləcəyi oxşar tədbirlərə reaksiya hesab olunur.

“Kanada tariflər tətbiq edəcəyi 150 milyard Kanada dolları (105 milyard dollar) dəyərində ABŞ istehsalı olan malların ilkin siyahısını tərtib edib. Bu, yeni seçilmiş prezident Donald Tramp Kanada mallarına rüsum tətbiq etmək qərarına gələrsə, baş verəcək”, – nəşr vəziyyətlə tanış olan mənbəyə istinadən yazıb.

Kanadanın əksər əyalətlərinin baş nazirləri də ABŞ-ın mümkün ticarət məhdudiyyətlərinə cavab olaraq tədbirlər hazırlamaq üçün birgə işləməyə hazır olduqlarını bildiriblər. Bununla belə, Alberta baş naziri Danielle Smith təklif olunan vergitutma və enerji ixracının azaldılması ideyalarını dəstəkləməkdən imtina edib.

Chosen
4
publika.az

1Sources