EN

Sərxoş pilot həbs olundu – Təyyarə 4 saat gecikdi

ABŞ-də Corciyadan Çikaqoya uçan təyyarənin pilotu havaya qalxmazdan əvvəl sərxoş halda avtomobil idarə etdiyi üçün həbs edilib.

News24.az xəbər verir ki, təyyarə uçuş nəzərdə tutulan vaxtdan təxminən dörd saat sonra havaya qalxıb.

“Southwest Airlines” şirkəti hadisə ilə bağlı araşdırmaya başlanıldığını və pilotun vəzifədən uzaqlaşdırıldığını açıqlayıb. “Bu səhər Savannadan 3772 saylı reysdə pilotla insidentdən xəbərdarıq. Sözügedən əməkdaşın fəaliyyəti dayandırılıb", - aviaşirkətin açıqlamasında bildirilir.

Pilotların uçuşdan əvvəl spirtli içki qəbul etmələri nadir hal olsa da, keçən gecə pilotunçox spirtli içki qəbul etdiyi aşkar edildikdən sonra Yaponiya Hava Yolları Dallasdan Tokioya uçmağı ləğv edib.

“Japan Airlines” bildirib ki, pilotun uçuşa 12 saat qalmış spirtli içki qəbul etməməsi ilə bağlı təlimatları pozmayıb, lakin fiziki və psixi vəziyyətini qiymətləndirmək üçün uçuşu ləğv edib.

Aynurə

Chosen
6
1
news24.az

2Sources