EN

TDT ölkələrinin gömrük xidmətlərini genişləndirmək üçün bir çox imkanları var - Sezai Uçarmak

Türkdilli Dövlətlər Təşkilatına üzv ölkələrin gömrük və ticarət xidmətlərini genişləndirmək üçün bir çox imkanları var.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət nazirinin müavini və Gömrük İdarəsinin rəhbəri Sezai Uçarmak Türkdilli Dövlətlər Təşkilatına (TDT) üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin X iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, hər ölkənin müəyyən standartları var və bunları bir anda dəyişmək asan deyil.

"Ticarətin qarşısında daha bir əngəl mal və daşıyıcı arasında olan əlaqəni düzgün anlamamaqdır. Bu məsələni həll etsək, düşünürəm ki, bəzi problemlər aradan qalxa bilər. Dünya Gömrük Təşkilatının iclaslarında hər birimiz iştirak edirik. Onların özlərinin öz proqramları, strategiyaları mövcuddur. Bunları qəbul etmək, ticarət həyatımıza salmaq mövzusunda uğurlu olsaq, bizim üçün faydalı olacaq.

Düzdür, aramızda bir sıra razılaşmalar mövcuddur. Lakin ticarət mövzusunda əməkdaşlığı genişləndirsək, hər birimiz üçün yeni imkanlar yaranacaq", - deyə o bildirib.

Qeyd edək ki, Bakıda Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin sayca X iclası keçirilir. Toplantı çərçivəsində çoxsaylı sazişlərin bağlanacağı gözlənilir.

Xatırladaq ki, TDT-nin gömrük xidməti rəhbərlərinin sayca 9-cu iclası 2023-cü ilin dekabr ayında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
3
olaylar.az

4Sources