EN

Tehran və Moskva Rusiya qazının tədarükü və tranzitini müzakirə edəcək

İranın neft naziri Möhsün Paknejat Moskvada Rusiya ilə neft və qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Bu barədə “Report” "İnterfaks"a istinadən məlumat verir.

İran Prezidenti Məsud Pezeşkianı Rusiyaya səfəri zamanı Paknejat müşayiət edəcək. Əsas danışıqlar neft və qaz məsələlərinə aid olacaq. Xüsusilə, karbohidrogen yataqlarının işlənməsində əməkdaşlığın inkişaf planları və Moskva ilə Tehran arasında birgə investisiya layihələrinin həyata keçirilməsi nəzərdən keçiriləcək.

Əsas müzakirə mövzularından biri Rusiya qazının respublikaya ixracı və tranziti ilə bağlı olacaq. Bu, ölkənin regional enerji və qaz mərkəzi kimi mövqeyə malik olmasına töhfə verə bilər.

Xəbər verildiyi kimi, yanvarın 17-də Kremldə Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında danışıqlar keçiriləcək. Danışıqlar zamanı ticari-investisiya, nəqliyyat-logistika, humanitar sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin regional və beynəlxalq gündəliyə dair aktual məsələlər müzakirə olunacaq.

Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair sazişin imzalanması səfərin mühüm tərkib hissəsi olacaq.

Chosen
5
1
report.az

2Sources