EN

"Çimnaz xəstəliyi ilə bağlı heç kimlə danışmayıb"

"Çimnaz Sultanovanın xəstəliyi barədə hər birimiz böyük bir şok yaşadıq".

Modern.az xəbər verir ki, bunu aktrisa Sona Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, aktrisa heç kimin yanında xsətəliyindən şikayətlənməyib.

"Çimnazı neçə illərdir tanıyıram. Allahın "başım ağrıyır" ifadəsini onun ağzından eşitməmişəm. İki gün bundan öncəki paylaşımın görmüsünüz. O görüntülərdən də xəstə insana oxşamırdı. Çimnaz xəstəliyi ilə bağlı heç kimlə danışmayıb".

Qeyd edək ki, 43 yaşlı aktrisa Çimnaz Sultanova ötən gün bağırsaq xərçəngindən vəfat edib.

Chosen
2
2
modern.az

4Sources