EN

Vaşinqton İrəvana necə "hamilik" edəcək?

ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlərnaziri Ararat Mirzoyan tərəfindən imzalanmış strateji tərəfdaşlıqhaqqında Xartiya Vaşinqtonun Cənubi Qafqazdakı iddialarının dahabir təzahürü sayıla bilər və əslində, sayılmalıdır da. Anlaşmanınmətnindəki zahirən "neytral" ifadələrinin arxasında sadəcəVaşinqton-İrəvan təmaslarının gücləndirilməsi yox, həm də ABŞ-ninErmənistanı öz geosiyasi maraqlarının orbitinə çəkməklə bölgədətəsirini artırmaq istəyi durur.

Xartiya sadəcə, ilk baxışdan ikitərəfli əlaqələrinmöhkəmlənməsinə yönəlmiş bir addım kimi görünür. "Demokratikdəyərlər”, "kiçik və orta sahibkarlığın güclənməsinə dəstək","təhlükəsizliyin təminatında birgə müzakirələr" və s. kimi bəzəkliifadələrin arxasında yalnız ikili standartlar deyil, həm də mövcudmünaqişələri daha da dərinləşdirə biləcək açıq-aşkar geosiyasimanipulyasiyalar dayanır.

Xartiyanın preambulasında ABŞ və Ermənistan ümumi dəyərlərə vəmaraqlara sadiqliklərini yüksək pafosla bəyan olunur. Belədirsə,Vaşinqtonun demokratiya ilə bağlı ritorikası İrəvanın real siyasivəziyyətinə və xüsusilə də iqtisadi, geosiyasi və geostratejidurumuna nə qədər uyğundur?

Uzun illərdən bəri qonşularına qarşı fasiləsiz ərazi idialarıilə çıxış edən, zooloji millətçi, irqçi və neonasist ideologiyanıtəşviq edən və törətdiyi məşum cinayətləri əsla etiraf etməyənErmənistan "demokratiya ideallarını inkişaf etdirmək" üçünBirləşmiş Ştatlara "etibarlı tərəfdaş" ola bilərmi?

Xartiyanın ilk bölməsi Ermənistan-Azərbaycan münaqişəsininnizamlanmasına həsr olunub və burada “ləyaqətli və davamlı sülhünzəruriliyi" vurğulanır. İlk baxışdan bu ifadə məntiqli görünəbilər, lakin daha diqqətlə baxdıqda “ləyaqətli” anlayışının müəyyənbir alt məna daşıdığı aydın olur.

Niyə ABŞ ədalətli yox, ləyaqətli sülhdən bəhs edir?

Cavab çox sadədir. Ədalət, Ermənistanın münaqişənin dağıdıcınəticələrinə görə məsuliyyət daşımasını, təzminat ödəməsini,qaçqınların qaytarılmasını və daxili siyasətində əsaslıdəyişikliklər etməsini nəzərdə tutur. Amma bu, İrəvanın “simasınıqorumaq” cəhdlərini dəstəkləyən Vaşinqtonun mövcud strategiyasınaziddir. “Ləyaqətli sülh” ifadəsinin arxasındasa uduzmuş, ammaməğlubiyyətindən dərs almayaraq sürətlə silahlanan ermənilər üçünrahat şərtlərin yaradılması və təcavüzkarın cəzalandırılmamasıməqsədi dayanır.

Xartiyada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarınınaçılmasından da bəhs olunur, ABŞ-ın bu cür təşəbbüsləri tərəflərinsuverenliyinə hörmət çərçivəsində dəstəklədiyi bildirilir. Lakinsonrakı bəndlərdə aydın olur ki, Vaşinqton İrəvanın fəal şəkildəirəli sürdüyü “Sülh yolayrıcı" adlı marazmatik layihəsinə üstünlükverir və bu, Ermənistanın Zəngəzur dəhlizinin təmin edilməsinə dairöhdəliklərinə ziddir.

ABŞ-nin "Sülh yolayrıcı" layihəsinə verdiyi dəstək vəziyyətidaha da mürəkkəbləşdirir. Bu layihə, Ermənistanın 2020-ci ildəimzaladığı üçtərəfli bəyanat çərçivəsində Zəngəzur dəhlizini təminetmək öhdəliklərinə ziddir. Vaşinqton İrəvanın öhdəliklərini nəzərəalmadan, alternativlər irəli sürməklə gərginlik yaradır.Beləyanaşma sadəcə, 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan vəErmənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtləri vəqayəsinə zidd olmaqla bahəm, ABŞ-nin Ermənistanın maraqlarınıAzərbaycanın hesabına təmin etmək niyyətini açıq şəkildə göstərir.Reallıqda isə bu, regionda sabitlik əvəzinə, ABŞ diplomatiyasınınikili standartları ilə qızışdırılan növbəti gərginlik mənbəyiniyaradır.

Birləşmiş Ştatlar öz marağını açıq şəkildə strateji hədəf kimiortaya qoyur. İmzalanmış Xartiya Vaşinqtona Cənubi Qafqazdatəsirini gücləndirmək və Ermənistanı Rusiya və digər regionaloyunçulara qarşı vasitə kimi istifadə etmək imkanı verir. Eynizamanda, İrəvan öz neonasist, irqçi siyasətini və öhdəliklərdənyayınmaq strategiyasını qorumaq üçün bir növ “əfvedici bəraət”alır.

Təcrübə göstərir ki, bu kimi sənədlər nadir hallarda həqiqisabitliyə səbəb olur. Bunun əvəzinə, onlar balanssızlığımöhkəmləndirir, münaqişələri dərinləşdirir və zəif tərəflərinxarici oyunçulardan asılılığını artırır.

ABŞ və Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıqXartiyası, yüksək pafoslu ifadələrin arxasında gizlənən realgeosiyasi niyyətləri ilə bölgədəki vəziyyəti daha damürəkkəbləşdirə bilər. Ermənistanın bu sənəddən gözləntiləri nəqədər böyük olsa da, reallıqda Xartiya ölkəni Vaşinqtonunmaraqlarının orbitinə daha da yaxınlaşdırır, suverenliyinizəiflədir və regional sabitliyə ciddi təhdid yaradır. Bu, nədemokratiya naminə bir addımdır, nə də sabitlik üçün real zəmanət.Əksinə, bu, Ermənistanın münaqişələrin qızışdırılmasında bir alətəçevrilməsi riskini artırır.

İmzalanmış xartiya əslində, gözəl diplomatik bir örtükdür ki,arxasında çirkin geosiyasi məqsədlər dayanır. "Demokratiyaəməkdaşlığı" bəyanatlarının arxasında ABŞ-nin Ermənistanı özgeosiyasi maraqlarına xidmət etmək üçün istifadə etmək istəyigizlənir, regionun real problemlərinə isə göz yumulur. Bu sənədsülh və sabitliyə aparan yol deyil, əksinə, yeni gərginliknöqtələri yaratmaq və mövcud böhranı daha da dərinləşdirmək üçünbir addımdır. Ermənistan Vaşinqtonla ittifaq yolu ilə özmövqelərini gücləndirmək istədikcə, müstəqilliyini tamamilə itirməkvə böyük dövlətlərin oyununda bir piyada olmaq riskini daşıyır.

Xartiyanın əsas bəndlərindən biri, Ermənistanda "elektroenerjiistehsalının və tədarükünün diversifikasiyası, o cümlədən mülkinüvə energetikası proqramının inkişaf etdirilməsi" ilə bağlıdır.İlk baxışdan bu, Ermənistanın enerji müstəqilliyini gücləndirməkistəyi kimi görünür. Amma nəzərə alsaq ki, ölkənin nüvə sektorutamamilə Rusiyanın "Rosatom" şirkətindən asılıdır, bu bəndMoskvanın mövqelərini zəiflətmək cəhdi kimi qiymətləndiriləbilər.

Nüvə texnologiyaları və texniki dəstək sahəsində Rusiyadankritik asılılıqda olan Ermənistan üçün bu addım ciddi riskləryaradır. Vaşinqton alternativlər təklif etsə də, bu təkliflər nəaydın fəaliyyət planı, nə də uzunmüddətli zəmanətlər ilə müşayiətolunur. Bunun nəticəsində Ermənistan enerji sahəsindəqeyri-müəyyənliklə üzləşə bilər ki, bu da onun həssaslığını daha daartıracaq.

Xartiyanın daha narahatedici məqamlarından biri müdafiə vətəhlükəsizlik sahəsinə həsr olunmuş bəndlərdir. ABŞ "ikitərəfliməsləhətləşmələr təşkil etməyi, Ermənistan hərbçilərinin peşəkarhazırlığını təmin etməyi, sərhəd xidmətlərini və hüquq-mühafizəorqanlarını modernləşdirməyi" vəd edir.

Bu, ilk baxışda xoşniyyətli bir jest kimi görünə bilər. Ancaq butəşəbbüslərin dərin təhlili göstərir ki, əsl məqsəd Amerikastrukturlarının Ermənistan dövlətinin əsas institutlarına tədricənnüfuz etməsidir. Polis üçün təlimlər, transmilli cinayətkarlıq vəkorrupsiyaya qarşı mübarizə çərçivəsində Vaşinqton təkcə ölkənindaxili təhlükəsizliyinə nəzarət əldə etmir, həm də siyasiproseslərə təsir göstərmək imkanı qazanır.

Faktiki olaraq, Ermənistan qeyri-real vədlər qarşılığında özsuverenliyindən imtina edir. Real dəstək əvəzinə, Ermənistangüclənən xarici nəzarətlə üzləşir ki, bu da onun müstəqilliyinəciddi zərbə vura bilər.

Xartiyanın əsas bəndlərindən biri də "demokratiyanındəstəklənməsi" ilə bağlıdır. Lakin insan haqları haqqındabəyanatlar arasında "Dağlıq Qarabağdan olan qaçqınlar və köçkünlərəyardım" bəndi ortaya çıxır.

"Dağlıq Qarabağ" ifadəsi özü yanlış, absurd və mənhusdur.

Beynəlxalq praktikada "köçkünlər" termini adətən bir ölkədaxilində yerini dəyişən insanlara aiddir. Lakin bu halda ABŞAzərbaycanın ərazisini tərk edən erməniləri "köçkünlər" adlandırırki, bu da dolayı yolla Vaşinqtonun Qarabağı Ermənistanın birhissəsi kimi gördüyünü göstərir. Bu yanaşma Azərbaycanın ərazibütövlüyünü açıq şəkildə nəzərə almır və ABŞ-nin bu məsələdətərəfli mövqeyini nümayiş etdirir.

ABŞ üçün Ermənistan yalnız Rusiya və İrana qarşı qlobalmübarizədə bir vasitədir. İmzalanmış xartiya Vaşinqtona stratejiəhəmiyyətli bir bölgədə mövqelərini gücləndirmək imkanı yaradır,lakin Ermənistan üçün ciddi risklər törədir: o, böyük dövlətlərinmünaqişəsinə cəlb olunmaq təhlükəsi ilə üz-üzə qalır.

Strateji tərəfdaşlıq haqqında xartiya, ilk baxışdan Ermənistanüçün bir fürsət kimi görünə bilər. Lakin dərin təhlil göstərir ki,bu sənəd Ermənistanı geosiyasi oyunların obyektinə çevirir. ABŞ-ınmaraqlarını təmin etmək üçün atılan bu addım nə sülh, nə dəsabitlik gətirəcək. Əksinə, Ermənistanın suverenliyinə ciddi zərbəvuracaq və onu daha da böyük risklərə məruz qoyacaq.

Donald Trampın Ağ Evə ehtimal edilən qayıdışı ABŞ-Ermənistanstrateji tərəfdaşlıq xartiyasının bir çox bəndlərinin həyatakeçirilməsini şübhə altına alır. Xarici siyasətdə izolyasionistmövqeyi və praqmatik yanaşması ilə tanınan Trampın Baydenadministrasiyasının kursunu davam etdirəcəyi ehtimalı azdır. Onunprioriteti xarici öhdəliklərin minimuma endirilməsi olduğundan, bu,xartiyanın Azərbaycanın və Türkiyənin maraqlarına zidd olanaspektlərini görməzdən gəlməsinə səbəb ola bilər.

Hətta ABŞ siyasətinin vurğuları dəyişsə də, Ermənistan zəifmövqedə qalacaq. ABŞ-dən asılılığın güclənməsi, ölkəyə əhəmiyyətlistrateji dividendlər qazandırmayacaq. Ən yaxşı halda Ermənistan,Moskva və Tehran üzərində təzyiq vasitəsi kimi istifadə ediləcək,ən pis halda isə, yeni geosiyasi qarşıdurma meydanınaçevriləcək.

Onu da xatırladaq ki, ABŞ-la strateji tərəfdaşlıq xartiyalarıçox vaxt rifaha, demokratik dəyişikliklərə və iqtisadi sabitliyəaparan yol kimi təqdim olunur. Gürcüstanın və Ukraynanınacıtəcrübəsi göstərir ki, bu vədlər bəzən inkişafdan çox asılılıqvə geosiyasi həssaslıqla nəticələnir. “Demokratik dəyərlər”ritorikasının arxasında tərəfdaş ölkələrin real maraqlarınınkölgədə qaldığı soyuq geosiyasi oyunlar dayanır.

... 2009-cu ildə Gürcüstan ABŞ ilə xartiyaimzalayaraq, Rusiyayla müharibənin travmasından sonratəhlükəsizliyini möhkəmləndirməyə ümid edirdi. Vaşinqton dəstək,NATO-ya inteqrasiya və iqtisadi yüksəliş vəd etdi. Lakin 15 ilsonra bu vədlər hələ də yerinə yetirilməmiş qalır.

Təhlükəsizlik reallığa çevrilmədi. Hərbi təlimlərə və silahtədarükünə baxmayaraq, ABŞ Gürcüstana gələcək təhdidlərdənqoruyacaq heç bir zəmanət vermədi. Abxaziya və Cənubi Osetiya hələdə Rusiya nəzarətindədir və Gürcüstan daimi təhlükə altındaqalır.

İqtisadiyyat gözləntiləri doğrultmadı. ABŞ-dən yatırımlarminimum səviyyədə qaldı, yardımın əhəmiyyətli hissəsi isə ideolojiyönümlü proqramlara yönəldi. Nəticədə, Gürcüstan hələ də regionunən kasıb ölkələrindən biri olaraq qalır.

NATO və Aİ inteqrasiyası illərdir Gürcüstan üçün əlçatmaz olaraqqalır. Qərb ölkələri, Rusiya ilə gərginliyin artmasından qorxaraq,Tbilisini qeyri-müəyyən vəziyyətdə saxlayır.

2008-ci ildə xartiya imzalayan Ukrayna oxşar vəziyyətlə üzləşdi,lakin nəticələri daha fəlakətli oldu.

ABŞ-nin hərbi yardımı yalnız Krımın itirilməsi və Donbasmünaqişəsinin başlanmasından sonra reallaşdı. Təchiz edilənsilahlar, o cümlədən, HIMARS sistemləri və hava hücumundan müdafiəkompleksləri, münaqişənin gedişatını dəyişmək üçün gecikmiş vəqeyri-kafi oldu.

Ukraynanın iqtisadiyyatı ildən-ilə pisləşdi. 2023-cü ildə xariciborcu 132 milyard dolları keçdi və ölkə tamamilə ABŞ və Aİ-ninmaliyyə yardımından asılı vəziyyətə düşdü. Yenidənqurma əvəzinəUkrayna borc tələsinə sürükləndi.

Qərbin müdaxiləsi ilə yaranan siyasi qeyri-sabitlik ölkənindaxili bölünməsini gücləndirdi. Xarici idarəetmə modellərinintətbiqi, yerli reallıqlara məhəl qoymadan, radikal əhval-ruhiyyəninartmasına və dövlət institutlarına inamın azalmasına səbəboldu.

Ermənistan ABŞ ilə xartiya imzalayaraq Vaşinqtonun dəstəyinəümid edir. Fəqət Gürcüstan və Ukraynanın dərsləri göstərir ki, bugözləntilər məyusluqla nəticələnə bilər.

ABŞ təhlükəsizlik zəmanətləri təklif etmir. Azərbaycan və yaTürkiyə ilə gərginliyin artması halında Ermənistan, sələfləri kimi,təhdidlər qarşısında tək qalacaq.

İqtisadi yardım, olsa belə, müvəqqəti və məhdud olacaq. ABŞresursları, əsasən, öz maraqlarına uyğun layihələrə yönəldir,uzunmüddətli həllərə deyil.

ABŞ-nin müdaxiləsi isə qaçılmazdır. Müdafiə, hüquq-mühafizə vəenerji sahələrində təsirin güclənməsi Ermənistanın suverenliyinipozacaq və ölkəni Vaşinqtonun geosiyasi strategiyasının alətinəçevirəcək.

ABŞ xartiyaları strateji əhəmiyyətli bölgələrdə mövqelərinigücləndirmək vasitəsidir. Bu prosesdə xartiyanı imzalayan ölkələrinmaraqları kənarda qalır.

Ermənistan üçün bu sənədin imzalanması daha çox risklər doğurur.Ölkə müstəqilliyinin qalan hissəsini itirə, ABŞ ilə Rusiya vəTürkiyə arasındakı qarşıdurmanın meydanına çevrilə bilər. Gürcüstanvə Ukraynanın tarixi İrəvana bir xəbərdarlıqdır. Ermənistanxartiyanı imzalamaqla gələcəyini gücləndirmək əvəzinə, öz taleyi vəsuverenliyini idarəetmədən məhrum ola bilər. İttifaq kimi təqdimolunan xartiya, əslində, milli maraqların xarici ambisiyalara tabeolduğu bir tələdir.

Chosen
4
4
az.trend.az

5Sources