EN

İranda maşın Azərbaycan vətəndaşını vurub - Vəziyyəti ağırdır

İranda avtomobil Babək rayonu sakini 1986-cı il təvəllüdlü Nəsirov Nəvai Yasin oğlunu vurub.

Modern.az xəbər verir ki, hadisə qonşu ölkənin Culfa şəhərinə yaxın ərazisində qeydə alınıb.

Hadisə N.Nəsirov sürücüsü olduğu avtomobilin qapısını açarkən baş verib.

O, Təbriz şəhərində xəstəxanaya çatdırılıb. İki ayağı sınan, eyni zamanda, başından ciddi zərbə alan N.Nəsirovun vəziyyəti ağırdır. Onun komada olduğu bildirilir.

Chosen
4
7
modern.az

8Sources