EN

Özbəkistan Sadələşdirilmiş Gömrük Dəhlizinə dair TDT-ə üzv ölkələrə təklif verib

Özbəkistan Sadələşdirilmiş Gömrük Dəhlizinə dair Sazişin gələcək tətbiqi məqsədilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ərazilərində bir neçə istiqamət üzrə pilot daşımaların başlanılmasını təklif edib.

"APA-Economics" xəbər verir ki, bunu Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuca Mavlonov Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında bildirib.

"Sadələşdirilmiş Gömrük Dəhlizinə dair Sazişin gələcək tətbiqi məqsədilə ölkələrimizin ərazilərində bir neçə istiqamət üzrə pilot daşımaların başlanılmasını və bu zaman mövcud ikitərəfli informasiya mübadiləsi kanallarından istifadə edilməsini təklif edirəm. Biz sahibkarlarımızın bu sənəddən real fayda görməsini istəyirik" - o vurğulayıb.

Onun sözlərinə görə, ölkəsi Azərbaycanın təşəbbüsü olan Transxəzər gömrük tranzit portalının həyata keçirilməsinə fəal şəkildə dəstək verir:

"Tranzit portalından istifadənin hüquqi əsasının imzalanmasını sürətləndirməyi təklif edirik".

Chosen
18
1
apa.az

3Sources