EN

KİV: Tramp ABŞ-da "TikTok"un bloklanmasının qarşısını almaq istəyir

KİV: Tramp ABŞ-da "TikTok"un bloklanmasının qarşısını almaq istəyir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsinin ABŞ-da fəaliyyətinə mümkün qadağanın qarşısını almaq üçün sərəncam imzalamağı düşünür. Bu barədə çərşənbə günü "Washington Post" öz mənbələrinə istinadən məlumat yayıb.Nəşrin yazdığına görə, Tramp yanvarın 20-də vəzifəyə gəldikdən sonra "ByteDance"dən "TikTok"u satmağı və ya ABŞ-dakı fəaliyyətini dayandırmağı tələb edən qanunun qüvvəsini 60-90 gün müddətinə dayandıran sərəncam imzalamağı düşünür. Bu yolla o, satış müqaviləsi üzrə danışıqlar aparmaq və ya alternativ variant tapmaq üçün vaxt qazanmağı hədəfləyir.Qəzet vurğulayır ki, Trampın bunu etmək niyyəti şübhəlidir, çünki mövcud qanuna görə, sosial şəbəkə yanvarın 19-dək ABŞ-da satılmalı və ya onun fəaliyyətinə xitam verilməlidir. Üstəlik, nəşrə müsahibə verən analitiklərin fikrincə, prezidentin fərmanı Konqresin hər iki palatası tərəfindən dəstəklənən qanunu tamamilə ləğv etmək üçün kifayət qədər qüvvəyə malik deyil.Platforma Trampın andiçmə mərasimindən bir gün əvvəl, yanvarın 19-na qədər satılmalı və ya dondurulmalıdır. Sosial şəbəkənin administrasiyası və "ByteDance" bəyan edib ki, bu, ABŞ-da 170 milyon "TikTok" istifadəçisinin söz azadlığı hüququnu pozur.

Chosen
3
afn.az

1Sources