EN

Yelo Bank ötən ili rekord maliyyə nəticələri ilə başa vurdu!

Yelo Bank 2024-cü ilin son rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın əsas maliyyə göstəricilərində əhəmiyyətli artım müşahidə olunur. Xüsusilə xalis mənfəət üzrə rekord artım qeydə alınıb. Belə ki, Yelo Bank-ın 2024-cü ilin sonuna xalis mənfəəti 43 milyon manatı ötüb, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Digər maliyyə nəticələrinə gəldikdə isə:

Bankın kredit portfeli böyüyüb: 2023-cü ilin sonu ilə müqayisədə 22% artımla 935 mln manata çatıb.

Artımın mühüm hissəsini biznes kreditləri təşkil edib: biznes kredit portfeli 21,5% artımla 587 mln manat olub.

Real sektor hər zaman prioritetlər arasında olub: il ərzində mikro bizneslərə Bank tərəfindən 364 mln manat vəsait ayrılıb. İlin sonuna mikrokredit portfelinin həcmi 347 mln manat təşkil edib, bu da 2023-cü ilin analoji dövründən 24.6% çoxdur.

İstehlak kreditləri portfeli də əhəmiyyətli dərəcədə artıb: il ərzində 32 mindən çox istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə portfelin həcmi 23.5%-lik artımla 347 mln manata çatıb. Bu satışların 38%-i, eləcə də portfel artımının 50%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.

Bank-ın əmanət təklifləri cəlbedici olmağa davam edib: fiziki şəxslərin müddətli depozitlərinin həcmi il ərzində 37% artaraq 652 mln manata yaxınlaşıb. Bu artım bankın müştərilər arasında etibarlı maliyyə tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
4
14
banco.az

10Sources