EN

Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gürcüstan hakimiyyətinə jurnalist Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasını müvəqqəti olaraq qadağan edib.

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Strasburq məhkəməsi Sadıqovun vəsatətini təmin edib və onun işinə üstünlük statusu verib.

“AİHM bizim sorğumuzu təmin edib. Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasını dayandırıb”, – deyə qeyd olunub.

Gürcüstan məhkəmələrinin qərarlarına baxmayaraq, son söz Gürcüstanın ədliyyə naziri Anri Oxanaşvilidə qalır.

Qeyd edək ki, yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanda barəsində həbs qətimkan tədbiri seçilmiş Əfqan Sadıqovun Azərbaycana ekstradisiya olunması ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib. Məhkəmə Tbilisi Şəhər Məhkəməsinin jurnalistin Azərbaycana ekstradisiya olunması ilə bağlı qərarını qüvvədə saxlayıb.

Chosen
3
2
yenicag.az

3Sources