EN

Ötən il Azər Türk Bank-ın depozit portfeli 3 dəfə artıb

Müəllif: Gülnar Əhmədli Banco.az

2024-cü ildə Azər Türk Bank-ın xalis mənfəəti 21 milyon 308 min manat təşkil edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-ci ilin göstəricisi ilə müqayisədə 7 milyon 267 min manat və ya 51,8% çoxdur.

Bu ilin yanvarın 1-i tarixinə bankın aktivlərinin həcmi isə 2 milyard 84 milyon 327 min manat təşkil edib. Bankın aktivləri illik müqayisədə 2 dəfədən çox artıb.

Belə ki, 2023-cü ildə bankın aktivləri 995 milyon 536 min manata bərabər olub.

Hesabat dövründə bankın kredit portfeli isə 799 milyon 893 min manat olub. Azər Türk Bank-ın kredit portfeli 2023-cü ilə nəzərən 352 milyon 494 min manat və ya 78,8% artım göstərib. 

Bankın hesabat dövrünə depozitlərinin həcmi isə 1 milyard 459 milyon 966 min manat təşkil edib. Depozit portfeli 2023-cü illə müqayisədə 975 milyon 380 min manat və ya 3 dəfə artıb.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
11
banco.az

1Sources