UEFA Avropa Liqasının 8-ci və son həftəsində "Tvente"nin qonağı olacaq "Beşiktaş" əvvəlki səfər qadağasının qaldırıldığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, “Beşiktaş”ın açıqlaması belədir: "Enschede şəhərinin meri Roelof Bleker, azarkeşlərimizin 30 yanvar 2025-ci ildə “Tvente” stadionunda “Tvente” ilə qarşılaşacaq Futbol A komandamızın UEFA Avropa Liqası oyununa buraxılmayacağına qərar vermişdi. Serdal Adalı, azarkeşlərimizin “Tvente” stadion tribunalarında iştirak etmələrini təmin etmək qərarına gəldi, Enschede bələdiyyəsi, UEFA və “Tvente” ilə danışıqlar nəticəsində, Enschede şəhərinin meri Roelof Bleker azarkeşlərimizi stadiona buraxmaq qərarına gəlib”.