EN

HAMAS razılaşmaya maneə törədir - Netanyahu

HAMAS atəşkəs və girovlarla bağlı razılaşmaya maneə törədir.

APA “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi məlumat yayıb.

“Vasitəçilər HAMAS-ın razılaşmanın bütün detallarını təsdiqlədiyini elan edənə qədər İsrail Nazirlər Kabineti hökumət iclasının tarixini təyin etməyəcək”, - bəyanatda bildirilib.

Qeyd edək ki, İsrail hökuməti razılaşmanı təsdiqləməlidir.

Chosen
17
50
azpolitika.info

10Sources