“ABŞ-ın tələbi ilə Ermənistan ordusunun İrana qarşı istifadə olunacağı istisna edilmir”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş səfiri Dzyunik Ağacanyan deyib.
Onun sözlərinə görə, Qərb İran məsələsində çox ciddidir və bölgədə müttəfiq axtarır. “Qarşıdakı aylar İrana hücum üçün əlverişlidir. Bir zamanlar Azərbaycan üzərindən bu düşünülürdüsə, Bakı bütün bunlardan imtina etdi. Onlar ağıllı tərpəndilər. Biz isə faktiki olaraq İrana qarşı həyata keçiriləcək hərbi əməliyyatların birbaşa iştirakçısına çevrilməkdəyik. Bunun hansı fəalkətlərə yol açacağını deməyə isə gərək yoxdur”.