Azərbaycanda fəaliyyət göstərən banklar 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıblar.
Valyuta.az xəbər verir ki, bu dövrdə Azərbaycan banklarının cəmi xalis mənfəətinin həcmi 1 milyard 68 milyon 582 min manat olub.
Ötən il ərzində xalis mənfəətin həcminə görə birinci yeri “Azərbaycan Beynəlxalq Bankı” (ABB) tutub. Bankın xalis mənfəətinin həcmi 293 milyon 732 min manat təşkil edib. Xalis mənfəət həcminə görə ikinci yeri 210 milyon 538 min manat məbləğ ilə “Paşa Bank”, üçüncü yeri isə 186 milyon 501 min manat xalis mənffət ilə “Kapital Bank” tutub.
Ötən il edən yeganə bank “Bank BTB” olub. Bankın zərərinin həcmi 839 min manat təşkil edib.
Bankların Xalis Mənfəətləri - 2024
Banklar |
Xalis Mənfəət (Min manat) |
ABB |
293 732 |
Paşa Bank |
210 538 |
Kapital Bank |
186 501 |
Xalq Bank |
65 721 |
AccesBank |
54 062 |
Bank Respublika |
50 570 |
Yelo Bank |
43 298 |
Bank of Baku |
25 931 |
Azər-Türk Bank |
21 308 |
Unibank |
20 400 |
Rabitəbank |
14 850 |
Ziraat Bank Azərbacyan |
14 505 |
Yapı Kredi Bank Azərbacyan |
12 375 |
Expressbank |
11 238 |
Premium Bank |
9 684 |
Bank VTB Azərbacyan |
9 538 |
Bank Melli İran Bakı Filialı |
7 716 |
Azərbacyan Sənaye Bankı |
6 449 |
AFB Bank |
4 578 |
Bank Avrasiya |
3 930 |
Turanbank |
2 496 |
Bank BTB |
-839 |
Əvəz Həsənov