EN

“Türk Hava Yolları”ndan 13 ildən sonra bu ölkəyə uçuş – 2 ölkənin vətəndaşlarına QADAĞA

“Türk Hava Yolları” (THY) 13 ildən sonra Suriyanın paytaxtı Dəməşqə ilk səfərini həyata keçirəcək.

Musavat.com xəbər verir ki, yanvarın 23-də Dəməşqə ilk səfərini edəcək “Türk Hava Yolları” xüsusi səfər məlumatı yayımlayıb.

Bu məlumata görə, Suriyaya səfər edəcək sərnişinlər üçün Suriya Ərəb Respublikası hakimiyyət orqanları bir sıra qərarlar qəbul edib. Qərara əsasən, İsrail və İran vətəndaşları istisna olmaqla, bütün ölkə vətəndaşları ölkəyə giriş edə bilərlər. Suriya vətəndaşlarının suriyalı olduqlarını göstərən sənəd təqdim etməsi tələb olunur. Livan vətəndaşları isə valideynlərindən birinin Suriya vətəndaşı olması halında və ya başqa bir ölkədə oturum və ya vizası olduğu halda ölkəyə giriş edə bilərlər.

Jurnalistlər isə Suriyaya giriş üçün xüsusi icazə almalı olacaqlar.

Musavat.com

Chosen
6
musavat.com

1Sources