EN

Gürcüstanın baş naziri Azərbaycana gəlir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze sabah Azərbaycana səfər edəcək.

Aktual.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.

Baş nazir Bakıda keçiriləcək Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın X iclasında iştirak edəcək. İclasa iki ölkənin hökumət üzvləri qatılacaqlar.

Səfər çərçivəsində İ.Kobaxidzenin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də planlaşdırlıb.

Hökumət başçısının rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin tərkibinə baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasi

Qeyd edək ki, hökumətlərarası komissiyanın IX iclası 2022-ci ilin dekabrında Tbilisidə baş tutub. Komissiyaya hər iki tərəfdən ölkənin baş nazirləri sədrlik edirlər.

Chosen
4
2
ulusum.az

10Sources