"Şamaxı" klubu heyətinə yeni futbolçu cəlb edib.
Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Tanzaniyalı yarımmüdafiəçi Alfons Msanqa Mabula ilə "6 ay + 1 illik" müqavilə imzalanıb.
21 yaşlı futbolçu Serbiyanın “Spartak” (Subotitsa) klubuna məxsus olub. O, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.