Millimizin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi “Radomyak” növbəti matçını keçirib.
İdmanxeber.az-ın məlumatına görə, komanda qış təlim-məşq toplanışı çərçivəsində Polşanın birinci liqa təmsilçisi “Zniç”lə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.
Rahil Məmmədov matçın ikinci hissəsində meydana buraxılıb. Futbolçunun komandası 18 turdan sonra 20 xalla 12-ci pillədədir.