“Qarabağ” Azərbaycan Premyer Liqasının XIX turunda “Şamaxı”nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 19:00-da start veriləcək.
“Qarabağ” 18 turdan sonra 47 xalla turnir cədvəlində birinci sıradadır. Qurban Qurbanovun yetirmələri ən yaxın izləyicisi “Araz-Naxçıvan”ı 8 xal qabaqlayır. “Şamaxı” isə 17 xalla 7-ci sırada qərarlaşıb. Ayxan Abbasovun yetirmələri sonuncu “Səbail”dən 8 xal öndədir.
“Qarabağ” ilə “Şamaxı” arasında bu mövsüm baş tutan hər iki oyun “atlılar”ın qələbəsiylə başa çatıb – 3:0, 1:0. Ümumilikdə komandaların Premyer Liqadakı son 10 oyununda “Qarabağ” 8 qələbə qazanıb, 2 görüşdə isə bərabərlik qeydə alınıb. “Şamaxı” sonuncu dəfə 2022-ci ilin fevralında “atlılar”dan xal ala bilib.
“Qarabağ” bu mövsüm çempionatda ev 9 oyununda 8 qələbə qazanıb, 1 dəfə uduzub. “Şamaxı” isə 9 səfər matçında 2 qələbə qazanıb, 5 dəfə uduzub.
“Qarabağ” görüşün aşkar favoritidir. Buna baxmayaraq, komandaların Şamaxıdakı son matçında “şirlər”in əzmkar oyununu və fasilədən sonra dövrənin ilk rəsmi matçı olması qonaqların xala ümid etməsinə imkan verir.