EN

SEPAH İsrail və HƏMAS arasında atəşkəslə bağlı rəsmi açıqlama yayıb

“Borna News” xəbər verir ki, bu gün SEPAH İsrail və HƏMAS arasında atəşkəslə bağlı rəsmi açıqlama yayıb. HƏMAS-ı “böyük qələbə” münasibətilə təbrik edən SEPAH, atəşkəs razılaşmasının mümkün pozulmasına qarşı hazır olması barədə də xəbərdarlıq edib.

Eyni zamanda, SEPAH Fələstin üçün böyük bir qələbə adlandırdığı atəşkəsi, “sionist rejim” üçün daha böyük bir məğlubiyyət kimi qələmə verib.

“Sionistlər” “Əl-Əqsa qasırğası”ndan sonra heç bir nailiyyət əldə etməyiblər. Döyüşlər zamanı başda HƏMAS lideri İsmayıl Həniyə, daha sonra Hizbullah lideri Həsən Nəsrullah və Yəhya Sinvar həlak olublar, ancaq razılaşma pozulduğu təqdirdə yeni müharibə üçün hazırlıqlar davam etdiriləcək”, - deyə, SEPAH bəyanatında vurğulayıb.

visiontv.az



Chosen
3
2
visiontv.az

3Sources