EN

Qərbdə Ukraynaya yardım məqsədi ilə Rusiya aktivlərinin tam ələ keçirilməsinə dəstək artmaqdadır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın iki ölkə arasında sülh razılaşması əldə etməyə çalışacağına dair fərziyyələr Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Qərbdə dondurulmuş yüz milyardlarla dollar dəyərində Rusiya aktivlərinin tam ələ keçirilməsinə dəstək artmaqdadır.

Yaponiya da daxil olmaqla, ABŞ, Kanada, Böyük Britaniya, bir sıra Avropa İttifaqına üzv dövlətlər 2022-ci ilin fevralında Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Rusiya Mərkəzi Bankına məxsus təxminən 300 milyard dollar aktivlərini dondurub. Aktivlərin təxminən 200 milyard dolları saxlanılır.

ABŞ-da təxminən 5 milyard dollar dondurulub.

Çərşənbə axşamı ABŞ mediası xəbər verib ki, vəzifədən gedən prezident Bayden avropalı müttəfiqləri gələcək sülh danışıqlarında vasitə kimi istifadə etmək üçün aktivləri tam ələ keçirməyə son dəqiqə təkan verir.

Bəzi avropalı qanunvericilər silah almaq və ölkənin yenidən qurulmasına kömək üçün aktivlərin Ukraynaya verilməsini tələb edir. Digərləri isə ehtiyat edir ki, aktivlərin ələ keçirilməsi investorları çəkindirəcək və Qərb valyutalarını sabitsizləşdirəcək.

Moskva onun aktivlərinə hər hansı həbs qoyulmasının qeyri-qanuni olacağını bildirib və cavab tədbirləri görəcəyini deyib.

Ukraynanın yenidən qurulması Ukrayna hökuməti, Dünya Bankı Qrupu, Avropa Komissiyası və Birləşmiş Millətlər Təşkilatının 2024-cü ilin fevralında açıqladığı hesabata görə, Ukraynanın yenidən qurulması xərcləri yaxın onillikdə ən azı 486 milyard dollara çatacaq.

Britaniya təxminən 22 milyard dollar dəyərində Rusiyanın aktivinə sahibdir. Qanunvericilər ötən həftə aktivlərə həbs qoyulması və pulun Kyivə verilməsi üçün məcburi olmayan vəsatətin lehinə səs veriblər. Təklifi irəli sürən parlament üzvü Mayk Martin Tramp dövründə Kyivə gələcək hərbi yardımla bağlı qeyri-müəyyənliyi əsas gətirib.

“Biz bilirik ki, o, Ukrayna ilə bağlı fərqli hiss edir. O, Avropanın təhlükəsizliyinə fərqli münasibət bəsləyir, Rusiyaya qarşı isə başqa cür hiss edir. Beləliklə, əgər biz, xüsusən də ABŞ-ın dəstəyinin azalması və ya potensial azalması fonunda, Ukrayna ilə bağlı seçimi dəyişdirmək istəyiriksə, daha da sürətlə getməliyik və bu 300 milyard dollarlıq dondurulmuş aktivləri ələ keçirib Ukraynaya göndərməliyik", Martin millət vəkillərinə bildirib.

G7 ölkələri artıq Rusiya aktivlərindən istifadə edərək Ukraynaya 50 milyard dollar kredit verib. Bundan əlavə, dondurulmuş aktivlərdən əldə edilən faizlərdən Kyivə yardımı maliyyələşdirmək üçün istifadə olunur.

Avropa Siyasətinin Təhlili Mərkəzindən Aleksandr Kolyandr bildirib ki, Tramp administrasiyasının ABŞ-ın Kiyevə yardımını kəsmək barədə hər hansı qərarı Avropanı Rusiya aktivlərini ələ keçirməyə vadar edə bilər.

visiontv.az



Chosen
7
visiontv.az

1Sources