EN

“Çirkin eqonuzu ölən qadını söyməklə tətmin etməyin”  

“Bu xanım aktrisa Çimnaz Sultanova idi. Azərbaycanda ən çətin işlərdən biri aktrisa və ya aktyor olmaqdır. Bunun çətin olmasının bir çox səbəbi var, amma əsas səbəblərdən biri qazanc, maddiyyatdır. Teatr dediyin minimal maaş, kino çəkilişi dediyin ildə bir dəfə, bəlkə heç o da olmur. Serial çəkilişlərinə isə hər kəs dəvət olunmur. Olunsa belə, qonorar çox azdır. Ümumiyyətlə, bir qadının aktrisa olub-olmamasından asılı olmayaraq, özünə baxması, normal bir həyat sürməsi, aydan-aya keçməsi üçün normal gəlir lazımdır."

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Elvin Mirzəzadə sosial media hesablarında yazıb. O, mərhum aktrisa Çimnaz Sultanova haqqında mənfi şərhlər yazanlara etiraz edib:

"Rifahın zəif olması insanı çox şeyə vadar edə bilir. Düzdür, heç nə mental cəmiyyəti olan, əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkədə bir qadının başqa yollara əl atmasına haqq qazandırmır. Mən də bunu nə bəyənirəm, nə də dəstəkləyirəm. Amma kimisə buna görə qınamıram.

İndi bu qadın qazana bilməyib və üz tutub eskortluğa. Porno foto-videolarını pulla satıb, pulla kimləsə yatıb. Sənin gözün niyə yanır? O, sənin bədənini satıb? Yoxsa pulsuz olanda onu təmin etmisən? Nədir bu aqressiya? Bir xəbərin altında ölən bir qadını söymək əxlaqdırmı?

Axı siz nə qədər idealsız? Hamı mükəmməl həyat yaşamır. Hər kəs ayrı tale yaşayır. Kimisə söyməzdən və ya qınamazdan əvvəl bir düşünün: siz özünüz nə qədər günahsız və mükəmməl insansınız? Sağlığında həyatından xəbəriniz olmayan bir eskortu öləndən sonra qınamağa nə haqqınız var?

Məncə, fahişəlik eskortluq deyil. İnsanın ruhu fahişə olmasın gərək. Öz çirkin eqonuzu bir ölən qadını söyməklə tətmin etməyin. Ayıbdır. Qadın artıq həyatda yoxdur!”

Könül İbrahim
Musavat.com

Chosen
47
1
musavat.com

2Sources