EN

"Bavariya" Sanenin gələcəyi ilə bağlı qərar verib

"Bavariya"nın idman direktoru Maks Eberl vinger Leroy Sane haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Frorian Plettenberg Eberlinin dediklərini belə çatdırıb.

"Sanenin "Bavariya"dakı gələcəyi? Biz heç vaxt deməmişik ki, onun klubda gələcəyi yoxdur. O, dünya səviyyəli oyunçudur, bunu çox gözəl başa düşür. Əgər o, “Hoffenhaym”a qarşı oynadığı kimi oynayırsa, deməli, o, “Bavariya”ya lazım olan oyunçudur”

29 yaşlı Sane bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.

Chosen
7
90deqiqe.az

1Sources