Bakı, 16 yanvar, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı “Şəhid adı hər bir addan ucadır!” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin əməkdaşı, elmi-kütləvi işlər üzrə şöbənin müdiri Ümidə Hacıyeva tədbirdə geniş məruzə ilə çıxış edib.
Sonra muzey işçilərinin 20 Yanvar faciəsi ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsində 1 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin şeir kompozisiyaları nümayiş olunub. Həmçinin milli birlik və vətənpərvərlimizin simvoluna çevrilmiş o qanlı gecənin dəhşətlərini əks etdirən rəsmlərdən ibarət sərgi göstərilib.