Müstəqil və suveren ölkələrin daxili işinə qarışmaq yeni tendensiya deyil.
Modern.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, artıq daha aqressiv, nümayişkaranə formada dövlətlərin daxili işinə qarışırlar.
"Gürcüstan və Azərbaycanın daxili işlərinə qarışılmamasının səbəbi böyük dövlətlərin maraqlarına uymayıb, milli maraqlarına uyğun davranmalarıdır. Gürcüstana müdaxilə legitim seçkilər fonunda idi. Azərbaycanı isə ərazi bütövlüyünü bərpa etdiyinə görə cəzalandırmaq istəyirdilər. Müxtəlif alətlər götürülə bilər. Bizə qarşı qarayaxma kampaniyası aparır, COP29 kimi böyük beynəlxalq tədbir ərzində Azərbaycanı hədəfə almışdılar Dövlət tərəfindən keçirilən siyasət milli və xalqın maraqlarına cavab verirsə, heç bir bötük dövlət, güclü təaisat bu suveren siyasətin qarşısında acizdir. Azərbaycan və Gürcüstan bir-birində sabitliyin olmasında maraqlıdır. Bu istiqamətdə qarşılıqlı hörmət, mehriban qonşuluq siyasəti yeridilir”,- nazir qeyd edib.