Sumqayıtda minik avtomobilləri toqquşub, ölənlər var...
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə "Report"un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.
***
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Sülh küçəsində qeydə alınıb.
"Hyundai" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb.
Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Poliqon.info