“İtaətsiz Fransa” partiyasının koordinatoru Manuel Bompar Fransa hökumətinin tezliklə istefaya gedəcəyini proqnozlaşdırıb.
Fransa Milli Assambleyasında Baş nazir Fransua Bayruya etimadsızlıq votumu ilə bağlı müzakirələr zamanı danışan Bompar belə deyib: “Cənab Baş nazir, bədbəxt hökumətinizin sayılı günləri qalıb. Bu hökumət süqut etdikdən sonra, “monarx” Makron (Fransa Prezidenti Emmanuel Makronu nəzərdə tutur – red.) da devriləcək”.
Onun fikrincə, hökumətə etimadsızlıq votumunun keçirilməsi üçün kifayət qədər səbəb var.