EN

Qvardiola həyat yoldaşından bu səbəbə görə ayrılıbmış

"Mançester Siti"nin məşqçisi Pep Qvardiolanın Kristina Serradan ayrılmasının səbəbləri məlum olub. Metbuat.az xəbər verir ki, tərəflərin Qvardiolanın "Mançester Siti" ilə müqaviləni uzatdığına görə ayrıldığı irəli sürülür. İddialara görə, cütlük İspaniyaya qayıtmaq istəyirmiş. Lakin Qvardiolanın müqaviləni uzatması tərəflər arasında gərginlik yaradıb. Kristina Serranın İspaniyada biznes layihələrlə məşğul olduğu bildirilir. İspaniya mediasının iddiasına görə, Qvardiolanın peşəkar karyerasına üstünlük verməsi cütlüyün ayrılmasına səbəb olub. Tərəflərin rəsmən boşanmadığı deyilir. Cütlük arasında ayrılıq müzakirələrin bundan əvvəl də gündəmə gəldiyi irəli sürülür.

Qeyd edək ki, Pep Qvardiola "Mançester Siti" ilə iki illik müqavilə imzalayıb. O ümumilikdə 44 milyon avro məvacib alacaq.

Chosen
9
47
metbuat.az

10Sources