Donetsk vilayətində Ukrayna Ordusunun əslən azərbaycanlı hərbçisi yaralanıb.
Publika.az xəbər verir ki, Şərqi Avropa bürosunun məlumatına görə, Bəşirzadə Təyyar Əli oğlu Donetsk vilayətinin Pokrovsk şəhəri ətrafında güllə yarası alıb.
Hazırda vəziyyəti orta ağır olan azərbaycanlı Ukrayna şəhərlərinin birində xəstəxanaya yerləşdirilib.