ABŞ dövlət katibi Entoni Blinken HƏMAS ilə İsrail arasında əldə olunan atəşkəsə dair açıqlamalar verib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Blinken atəşkəslə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istədiklərini söyləyib.
"Biz digər aktorlarla yanaşı Prezident Ərdoğanın da yanına getdik və ondan HƏMAS-ı masaya qaytarmaq, razılaşmanı yekunlaşdırmağa çalışmaq üçün öz çəkisindən və nüfuzundan istifadə etməsini istədik. Və o bunu etdi", - deyə Blinken vurğulayıb.