EN

2025-2026-cı illərdə qlobal iqtisadi artım templəri 2,7%-ə çata bilər

Dünya Bankı 2025-2026-cı illərdə qlobal iqtisadi artım tempinin 2,7% olacağını təxmin edir.

“Far.Az” xəbər verir ki, bu barədə təşkilatın dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair yanvar hesabatında deyilir.

Qeyd olunub ki, 2024-cü ildə qlobal iqtisadi artım tempi 2,7% təşkil edib.

Sənəddə qeyd edilib ki, inflyasiya hədəflərə yaxınlaşdıqca sabitləşir və monetar yumşaldılma həm inkişaf etmiş, həm inkişaf etməkdə olan, eyni zamanda inkişaf etməkdə olan iqtisadiyyatlarda fəaliyyətin dəstəklənməsinə kömək edir.

Həmçinin bildirilib ki, ticarət və investisiyaların gücləndirilməsi artım templərinə faydalı təsir göstərir.

Bununla belə, hesabatda qlobal iqtisadiyyatın artım tempinin kifayət qədər aşağı səviyyədə olduğu vurğulanıb:

“2,7% göstərici qlobal iqtisadiyyatın pandemiyadan əvvəlki onillikdə 3,1% təşkil edən orta artım tempindən aşağıdır. Siyasi qeyri-müəyyənlik, ticarət siyasətindəki dəyişikliklər, geosiyasi gərginlik, davamlı inflyasiya, eləcə də iqlim dəyişikliyi nəticəsində yaranan təbii fəlakətlərlə bağlı iqtisadi artıma mənfi təsir ehtimalı qalmaqdadır”.

Chosen
5
2
far.az

3Sources