EN

G7 ölkələri Qəzzaya yardımın sürətlə çatdırılmasını tələb ediblər

Bakı. Trend:

"Yeddilik Qrupu" (G7) liderləri İsrail və HƏMAS arasında Qəzzadasaxlanılan girovların azad edilməsi və anklavda atəşkəs bərqəraredilməsinə dair razılaşmanı alqışlayırlar.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya, Almaniya,İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu ölkələrinqeyri-rəsmi klubunun bəyanatında bildirilib.

Məlumata əsasən, bununla əlaqədar olaraq G7 tərəflərdənhumanitar yardımın zərər çəkmiş ərazilərə operativ və maneəsizçıxışını təmin etməyi tələb edib.

"Biz G7 liderləri İsrail və HƏMAS arasında əldə olunmuş atəşkəsrazılaşmasını tam dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Biz[razılaşmanın] bütün tərəflərindən humanitar yardımın təhlükəsiz,sürətli və maneəsiz çatmasını və mülki şəxslərin, o cümlədənhumanitar işçilərin müdafiəsini təmin etməyi tələb edirik", - deyəqeyd olunub.

Chosen
9
1
az.trend.az

2Sources