Dünya sürətlə dəyişir və bu dəyişkənlik müasir tələb kimi sanki həyatımıza sirayət edib. İstəməsək belə, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq insan övladı məhz bu dəyişkənliyin fonunda inkişaf edir, həyata baxışlarını müasir dövrün çağırışlarına uyğun qurur. On, on beş il əvvəlki Azərbaycan adamı indi tam fərqli bir həyat tərzindədir: düşüncəsindən, hətta, imicindən, geyimindən və fonetik, yazılı dilindən bunu görməmək mümkün deyil. Qanunlar dəyişir, müsbət mənada toplumlar dəyişir. Bir sözlə, zaman bizi dəyişdirir, yenilik axtarışına çıxarır.
Fikir dahilərindən biri qeyd edir ki, icazə verin beş dəqiqə bundan əvvəl dediyim sözü, indi yenisi ilə ifadə edim.
Amma 30 ildir ki, AXCP sədri Əli Kərimli Azərbaycan siyasətində dəyişməz olaraq qallb! Eyni mənasız fikirlər, şablon çıxışlar, illərlə davam edən qeyri-ciddi ittihamlar və gündəmdə qalmaq üçün səsləndirdiyi iftiralarla bu adam yaşlaşdıqca kiçilir. Ölkəmizin uğurları ürəyincə deyil. Kiçik bir mobil dəstə ilə günün 24 saatında anti-Azərbaycan mövqeyi sərgiləyir.
Qlobal arenada qətiyyəti ilə tanınan ölkəmizin uğuru onun ürəyincə deyil. Bəli, Azərbaycanın dövləti son illərdə uğurlu bir siyasət aparır. Bu siyasət, ölkənin iqtisadi inkişafını təmin etmək, regional və beynəlxalq əlaqələri gücləndirmək, vətəndaşların rifahını artırmaq və milli maraqları qorumaq məqsədini daşıyır. Azərbaycanın müstəqilliyini əldə etdiyi dövrdən sonra həyata keçirdiyi iqtisadi və siyasi islahatlar, həmçinin neft və qaz resurslarından səmərəli istifadə etməsi ölkənin inkişafına müsbət təsir göstərib.
Bundan əlavə, Azərbaycanın xarici siyasəti də çoxşaxəli olub, həm Qərb, həm də Şərq ölkələri ilə müstəqil əlaqələr qurulub. Eyni zamanda, Azərbaycanın müstəqil xarici siyasəti, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda və sülh təşəbbüslərində də əhəmiyyətli rol oynayıb. 2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bu, ölkə üçün tarixi bir qələbə oldu.
Heç kimə sirr deyil ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxsaylı islahatlar nəticəsində büdcəmizin imkanlarının artırılmasından sonra sosial problemlərin həllinə, iqtisadi liberallaşmanın sürətləndirilməsinə, siyasi plüralizmin genişləndirilməsinə və ümumilikdə regionun da sürətli inkişafına xidmət edən çoxsaylı qərarların qəbuluna yönəldilib. Ancaq belə sürətli inkişaf Əli Kərimli, Cəmil Həsənli və digərlərinin ürəyincə deyil.
Reallıq budur ki, Prezident İlham Əliyev iqtidarının istər daxili siyasətdə, istərsə də diplomatik sahədə əldə etdiyi hər bir uğur Əli Kərimli və onun kimilərin fiaskosunu daha da dərinləşdirir. Azərbaycan xalqı açıq şəkildə görür ki, radikal müxalifət düşərgəsində kök salmış “liderlərin” açıqlamaları milli maraqlara daban-dabana ziddir.
Əli Kərimli, Cəmil Həsənli və digərləri ümidsiz şəkildə diqqət mərkəzində qalmağa, qəhrəman olmağa, demokratiya, inkişaf, vətəndaş cəmiyyəti, şəxsi hüquqların cəmiyyət qarşısındakı öhdəliklərdən üstün olması haqqında ağlabatan sözlər işlətməyə çalışırlar. Daxili çəkişmələr bataqlığına qərq olmuş müxalifətin bu adamları hələ də başa düşə bilmirlər ki, belə açıqlamaları ilə gülüş obyektinə çevriliblər. Bu ölkə lideri ilə tarixinin ən qüdrətli dövründədir. Azərbaycanda mövcud olan Xalq Lider birliyi qarşısında ümumiyyətlə görünmürsüz, bəylər. Prezident İlham Əliyevə oxşamaq istəyiniz də alınmır.
Siz xəstəsiz və sizlərdə bu xəstəlik xronikidir. Həkim kimi qeyd edim ki, müasir tibb elmi, təbabət sürətli nailiyyətlərlə inkişaf edir. Amma sizin xəstəliyiniz qarşısında tibb elmi acizdir. Çünki bu xəstəliyin müalicəsi yoxdur.
Nifrət və kininiz bütün danışıqlarınızda aydın şəkildə görünür. Uğurlu və etimadlı siyasətçi ola bilmədiz, heç olmasa sağlam vətəndaş olun. Bu Vətəni qorumaq, ölkəni inkişaf etdirmək təkcə xalqımızın qəhrəman övladı Prezident İlham Əliyevin işi deyil, hər birimizin amalı olmalıdır. Axı Azərbaycan hamımızındır!
Rəşad Mahmudov,
Tibb elmləri doktoru,
YAP İdarə Heyətinin üzvü