EN

"Avtoş"lar iki nəfərin ölümünə səbəb olub

Sumqayıt şəhərində iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

 

Sumqayıt şəhərinin Sülh prospektində sürət yarışı keçirən 2004-cü il təvəllüdlü Elşad Məmmədov “Hyundai Elantra” markalı avtomobili ilə yolu keçən piyada 1960-cı il təvəllüdlü Yavər Mehdiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Avtomobilin yol kənarına aşması nəticəsində nəqliyyat vasitəsində olan 2003-cü il təvəllüdlü İntiqam Paşayev də dünyasını dəyişib.

 

Sürücü Elşad Məmmədov, sərnişinlər - Təbriz Fərəcli və Ceyhun Əliyev Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdiriliblər.

 

Yarışda iştirak edən və 2002-ci il təvəllüdlü Şahmar Etibar oğlu Abbaszadənin idarə etdiyi “Kia Cadenza” markalı maşın da yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsi yanıb. Faktla bağlı araşdırma aparılır.

 

Report

Tarix: 17 Yanvar 2025, 09:44   
Chosen
4
9
pravda.az

10Sources