EN

Slovakiyada Fikonun Kiyevə dəvəti müsbət qarşılanıb



Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar deyib ki, Vladimir Zelenski Slovakiyanın baş naziri Robert Fikonu diplomatiyada qəbuledilməz bir şəkildə Kiyevə dəvət edib – sanki onu “pivə iç” deyə çağırıb. Bu barədə RİA Novosti-yə Qaspar məlumat verib.Bundan əvvəl Fiko Zelenskiyə Rusiya qazının tranziti məsələsi ilə bağlı danışıqlar aparmağı təklif etmişdi. Fico Zelenskiyə açıq müraciət dərc edib və orada görüşün Slovakiya ərazisində, Ukrayna ilə sərhədə yaxın ərazidə keçirilə biləcəyini qeyd edib. Onun fikrincə, bu, “qaz tədarükü ilə bağlı açıq söhbət üçün yaxşı şərait yaradar”.Slovakiyanın baş naziri vurğulayıb ki, Ukrayna ərazisindən qaz tranzitinin dayandırılması qərarı Kiyevin özünə, Slovakiyaya və bütövlükdə Avropa İttifaqına böyük ziyan vurur. O qeyd edib ki, bu, “nə ikitərəfli, nə də çoxtərəfli münasibətlərə töhfə vermir”. Zelenski X sosial şəbəkəsində Fikonun müraciətinə bir cümlə ilə cavab verib.

"Yaxşı. Cümə günü Kiyevə gəlin”, - o yazıb.
Qaşpar qeyd edib ki, ən yüksək səviyyədə siyasət bu şəkildə fəaliyyət göstərməməlidir. O, bunun enerji təchizatı ilə bağlı danışıqlar üçün deyil, qeyri-rəsmi görüşlər üçün uyğun olduğunu vurğulayıb.

“Zelenski sosial şəbəkələrdə bir cümlə ilə Slovakiyanın baş nazirini Kiyevə çağırıb, sanki onu pivə içməyə dəvət edir”, – Qaşpar yekunlaşdırıb.

aia.az
Tərcümə şöbəsi



Chosen
3
aia.az

1Sources