Avtomobilləri yarışdırdılar, 2 nəfər öldü, 3 nəfər yaralandı - TƏFƏRRÜAT
Sumqayıt şəhərində iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Qlobal.net "Report"a istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Sülh prospektində qeydə alınıb. Sürət yarışı keçirən 2004-cü il təvəllüdlü Elşad Məmmədov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən 1960-cı il təvəllüdlü Yavər Mehdiyevi vurub. Nəticədə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobilin yol kənarına aşması nəticəsində nəqliyyat vasitəsində olan 2003-cü il təvəllüdlü İntiqam Paşayev də dünyasını dəyişib.
Sürücü Elşad Məmmədov, Təbriz Fərəcli və Ceyhun Əliyev Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Yarışda iştirak edən, 2002-ci il təvəllüdlü Şahmar Etibar oğlu Abbaszadənin idarə etdiyi KIA markalı avtomobil də yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsi yanıb.
Faktla bağlı araşdırma aparılır.
***
Sumqayıtda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Qlobal.net APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıtın Sülh küçəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobillə "KİA" markalı avtomobil toqquşub.
Nəticədə 2 nəfər hadisə yerində ölüb.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Foto: Musavat.com