EN

“Orduda qadınların potensialından istifadə etməliyik” - Paşinyan

“Qadınların hərbi xidmətə cəlb olunması prosesləri çox ləng gedir, bəzən heç getmir”.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

“Çətinliklərin olduğu aydındır. Amma etiraf etməliyik ki, əhalimizin əksəriyyətini qadınlar təşkil edir. Əgər onların potensialından tam istifadə etməsək, o zaman ölkəmizin inkişaf yolunu bağlayacağıq”, - Paşinyan deyib.

Baş nazir müdafiə naziri Suren Papikyandan orduda xidmət edən qadınlara dair sual verib. Papikyan suala belə cavab verib: “Hərbi xidmətə könüllü getməyə razı olmayan bir nəfər də olsun çağırış olmayıb. Hər çağırış üçün ən azı 2 nəfərimiz var və onların əksəriyyəti xidmətini davam etdirir”.

Cavabında Paşinyan vurğulayıb: “Ancaq bizə həndəsi irəliləyiş lazımdır, ən azı 50-100 nəfərlik göstəriciyə çatmalıyıq”./Qafqazinfo

Chosen
4
11
sitat.info

10Sources