EN

Kubada anbarda baş verən partlayışda 13 əsgərin öldüyü təsdiqlənib

Kubada anbarda baş verən partlayışda 13 əsgərin öldüyü təsdiqlənib

Yanvarın 8-də Kubada hərbi anbarda baş verən partlayışdan sonra əlaqə saxlamaq mümkün olmayan 13 əsgərin öldüyü təsdiqlənib.Kuba prezidenti Migel Diaz-Kanel verdiyi açıqlamada, Holguin əyalətinin Melones bölgəsindəki anbarda baş verən partlayışda 13 əsgərin öldüyünü bildirib.Hadisədən böyük ağrı hiss etdiklərini vurğulayan Kanel "Həyatlarını qəhrəmancasına fəda edən zabit və əsgərlərimizin həlak olmasından dərin hüznlə kədərlənirik. Qəhrəmancasına şəhid olan əsgərlərimizə ən səmimi ehtiramlarımızı bildirir, ailələrinə və yaxınlarına başsağlığı veririk”. ifadələrini işlədib.İnqilabçı Silahlı Qüvvələr Nazirliyindən (Minfar) verilən açıqlamada partlayışdan sonra intensiv səylərə baxmayaraq, qəzanın baş verdiyi əraziyə çatmaq mümkün olmadığı bildirilib.Bəyanatda əsgərlərin ailələrinə başsağlığı verilib və hadisənin araşdırılacağı qeyd edilib.Dövlət televiziyası bildirib ki, partlayışın ehtimal olunan səbəbi qurğuda qısaqapanma nəticəsində yaranan elektrik nasazlığı ilə bağlıdır.Xatırladaq ki, Minfarın verdiyi açıqlamada, Holguin vilayətinin Melones bölgəsindəki anbarda naməlum səbəbdən hərbi texnikanın partladığı bildirilmişdi.Açıqlamada partlayışdan sonra 13 əsgərlə əlaqə qurmağın mümkün olmadığı bildirilib.

Chosen
8
afn.az

1Sources