EN

Ərzaq məhsulları ucuzlaşacaqmı?

Bakı. Trend:

Nazirlər Kabineti “Dövlət ehtiyatları üçün malların tədarükü,saxlanılması, buraxılması və uçotu qaydalarını təsdiq edib. Yenisənədlə strateji, fövqəladə və səfərbərlik ehtiyatları üçünmalların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədənəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olanmalların hərəkəti və mövcudluğu barədə hesabatın forması, təqdimedilməsinin qaydası və hüquqi əsasları müəyyən edilib.

Trend xəbər verir ki, bu sözləri Milli Məclisindeputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabındayazıb.

O qeyd edib ki, dövlət ehtiyatları yalnız taxıl deyil, eynizamanda, əhalinin istifadə etdiyi digər vacib ərzaq məhsulları üzrəyaradılır.

"Strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyətgöstərən özəl şirkətlər tərəfindən yaradılması nəzərdə tutulur.İstehlak bazarında qiymətlərin monitorinqi nəticəsində əgər hərhansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətindəartımlar varsa, o zaman həmin ehtiyatlardan istifadə etməkləqiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınmasıgözlənilir.

Yeni qaydaların qəbul olunması bu sahədə şəffaflığı artırmaqlayanaşı, yeni strateji ehtiyatların yaradılması hesabına istehlakbazarında tarazlığın qorunub saxlanması və ərzaq məhsullarınınqiymətlərinin kəskin artımının qarşısının alınmasına dəstəkverəcək.

Buraya təxminən 12 adda ərzaq məhsulları daxildir və söhbətçörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarındangedir. Gözlənilir ki, strateji ərzaq məhsullarının qiymətindəkəskin artımların qarşısı məhz həmin ehtiyatlardan istifadə etməkləalınacaq və bu da bazarda vətəndaşlarımız üçün strateji ərzaqməhsullarının daha optimal qiymətə təklif edilməsinə imkanverəcək", - deyə o bildirib.

Məqalədə:
Chosen
5
47
az.trend.az

10Sources