EN

Səudiyyə Ərəbistanında çoxdilli Həcc, Ümrə terminologiyası lüğəti istifadəyə verilib

Bakı, 17 yanvar, AZƏRTAC

Kral Salman çoxdilli Həcc və Ümrə terminologiyası lüğətini istifadəyə verib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanının SPA informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, bu təşəbbüs Həcc və Ümrə mərasimləri ilə bağlı terminləri müəyyənləşdirmək, qlobal məlumatlılığı artırmaq və müxtəlif dil mənşəli zəvvarlar arasında ünsiyyəti asanlaşdırmaq məqsədi daşıyır.

Çoxdilli lüğətdə ərəb, ingilis, türk, urdu, fars, fransız və malayca terminlər yer alıb.

Chosen
6
azertag.az

1Sources