Bakı, 17 yanvar, AZƏRTAC
Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Asiya İnkişaf Bankının (AİB) ölkə üzrə direktoru Sunniya Durrani-Camal ilə görüşüb.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin təqdimatı keçirilib.
Görüşdə Azərbaycanın AİB ilə uğurlu tərəfdaşlığından məmnunluq ifadə olunub və əməkdaşlığın dərinləşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.